يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَكُمۡ هُزُوٗا وَلَعِبٗا مِّنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَٱلۡكُفَّارَ أَوۡلِيَآءَۚ وَٱتَّقُواْ ٱللَّهَ إِن كُنتُم مُّؤۡمِنِينَ ٥٧
Yā'ayyuhal-ladhīna āmanū lā tattakhidhul-ladhīnat-takhadhū dīnakum huzuwan wala'ibam minal-ladhīna ūtul-kitāba min qablikum wal-kuffāra awliyā'a wattaqullāha in kuntum mu'minīn
Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri (özünüzə) dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun.
Təfsir
Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilən yəhudilərdən, nəsranilərdən və müşriklərdən dininizə istehza edib, onu oyun-oyuncaq hesab edənləri özünüzə yaxın dost və ya sirdaş tutmayın. Əgər Allaha və sizə nazil etdiyinə iman gətirmisinizsə, Allahın sizi onlarla dostluq etmək qadağasından çəkinməklə Ondan qorxun.