وَقَفَّيۡنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِعِيسَى ٱبۡنِ مَرۡيَمَ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلتَّوۡرَىٰةِۖ وَءَاتَيۡنَٰهُ ٱلۡإِنجِيلَ فِيهِ هُدٗى وَنُورٞ وَمُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلتَّوۡرَىٰةِ وَهُدٗى وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ ٤٦
Waqaffaynā 'alā āthārihim bi'īsabni maryama musaddiqal limā bayna yadayhi minat-tawrāti wa ātaynāhul-injīla fīhi hudan wanūrun wamusaddiqal limā bayna yadayhi minat-tawrāti wahudan wamaw'izatal lil-muttaqīn
Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstərən və öyüd-nəsihət olan İncili verdik.
Təfsir
İsrail oğullarına göndərilən Peyğəmbərlərin ardınca Məryəm oğlu İsanı, Tövratda olana iman edən və onunla hökm verən olaraq göndərdik. Biz İncili ona, içərisində haqqa yönəldən, şübhələri dəlillərlə dəf edən, Allahın höklmlərini onlara bəyan edən, özündən əvvəl Tövratda zikr olunan nəsx edilmiş az bir qism hökmlər müstəsna olmaqla, Tövrata müvafiq olaraq verdik. Biz İncili müttəqilər üçün doğru yol göstərən və Allahın onlara haram buyurduğundan çəkindirən etdik.