وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقۡطَعُوٓاْ أَيۡدِيَهُمَا جَزَآءَۢ بِمَا كَسَبَا نَكَٰلٗا مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ ٣٨
Was-sāriqu was-sāriqatu faqta'ū aydiyahumā jazā'a bimā kasabā nakālam minallāhi wallāhu 'azīzun hakīm
Oğru kişinin və oğru qadının, etdikləri əməlin cəzası və Allahdan bir ibrət olaraq (sağ) əllərini kəsin! Allah qüdrətlidir, hikmət sahibidir.
Təfsir
Ey Hakimlər! Oğru kişinin və oğru qadının, haqsız yerə insanların malların götürdüklərinə görə hər birinə, Allahdan etdikləri əməlin cəzası olaraq, həm onları, həm də başqalarını qorxutmaq məqsədi ilə sağ əllərini kəsin! Allah qüdrətlidir heç bir şey Onu məğlub edə bilməz. O, işlərində və şəriətində hikmət sahibidir.