Al-Ma'idah surəsi, ayə 31

5:31

فَبَعَثَ ٱللَّهُ غُرَابٗا يَبۡحَثُ فِي ٱلۡأَرۡضِ لِيُرِيَهُۥ كَيۡفَ يُوَٰرِي سَوۡءَةَ أَخِيهِۚ قَالَ يَٰوَيۡلَتَىٰٓ أَعَجَزۡتُ أَنۡ أَكُونَ مِثۡلَ هَٰذَا ٱلۡغُرَابِ فَأُوَٰرِيَ سَوۡءَةَ أَخِيۖ فَأَصۡبَحَ مِنَ ٱلنَّٰدِمِينَ ٣١

Faba'athallāhu ghurāban yabhathu fil-ardi liyuriyahū kayfa yuwārī saw'ata akhīhi qāla yāwaylatā a'ajaztu an akūna mithla hādhal-ghurābi fa uwāriya saw'ata akhī fa asbaha minan-nādimīn

Allah, qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yeri eşən bir qarğa göndərdi. O dedi: “Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmaqda, bu qarğa qədər olmaqdan da acizəm?” Beləliklə o, peşmançılıq çəkənlərdən oldu.

Təfsir

Allah qarğa göndərir ki, onun (Adəmin oğlu Qabilin) önündə torpağı qazıb ölmüş qarğanı orada basdırsın və beləliklə də, ona öz qardaşının cəsədini necə dəfn edəcəyini göstərsin. Qardaş qatili olan bu adam (Qabil) bunu gördükdə belə demişdir: "Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmaqda, ölmüş o qarğanı basdıran bu qarğa qədər olmaqdan da acizəmmi?!” Beləliklə o, qardaşının cəsədini basdırdı və peşmançılıq çəkənlərdən oldu.