قَالَ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ صَابِرٗا وَلَآ أَعۡصِي لَكَ أَمۡرٗا ٦٩
Qāla satajidunī in shā'allāhu sābiran walā a'sī laka amrā
(Musa) dedi: “İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”.
Təfsir
Musa Xızıra belə dedi: "İnşallah, sən məni, səndə gördüyüm işlərə səbirli və sənə itaətkar olduğumu görəcəksən. Mənə əmr etdiyin zaman sənin heç bir əmrindən çıxmayacağam!"