وَيَوۡمَ يَقُولُ نَادُواْ شُرَكَآءِيَ ٱلَّذِينَ زَعَمۡتُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَجَعَلۡنَا بَيۡنَهُم مَّوۡبِقٗا ٥٢
Wayawma yaqūlu nādū shurakā'iyal-ladhīna za'amtum fada'awhum falam yastajībū lahum waja'alnā baynahum mawbiqā
O gün Allah (müşriklərə): “İddia etdiyiniz şəriklərimi çağırın!”– deyəcək. (Müşriklər) onları çağıracaq, lakin onlar cavab verməyəcəklər. Biz onların (müşriklərlə bütlərin) arasına həlakedici bir yarğan salarıq.
Təfsir
Ey Peyğəmbər! Qiyamət günü uca Allahın dünyada ikən Ona şərik qoşan müşriklərə: "Ey Müşriklər! Şəriklərim olduğunu iddia etdiyiniz bütlərinizi, bəlkə sizə yardım edərlər deyə, köməyə çağırın!" – deyəcəyini xatırla. Müşriklər onları özlərinə yardım etməyə çağırsalar da, bütlər onlar nə cavab verə biləcək, nə də onlara yardım göstərəcəklər. Biz müşriklərlə bütlərin hamısının birlikdə məhv olacaqları bir çuxur salarıq. Bu da Cəhənnəm atəşidir!