Al-Kahf surəsi, ayə 43

18:43

وَلَمۡ تَكُن لَّهُۥ فِئَةٞ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مُنتَصِرًا ٤٣

Walam takul lahū fi atun yansurūnahū min dūnillāhi wamā kāna muntasirā

Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi.

Təfsir

Bu kafirin başına gələn əzabı mane olacaq bir camaatı da yox idi. Halbuki vaxtı ilə o, öz camaatının çoxluğu ilə öyünüb, fəxr edirdi. O kafir insan, uca Allahın onun bağını həlak etməsinə əsla mane ola bilməzdi.