وَقُلِ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَن شَآءَ فَلۡيُؤۡمِن وَمَن شَآءَ فَلۡيَكۡفُرۡۚ إِنَّآ أَعۡتَدۡنَا لِلظَّٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمۡ سُرَادِقُهَاۚ وَإِن يَسۡتَغِيثُواْ يُغَاثُواْ بِمَآءٖ كَٱلۡمُهۡلِ يَشۡوِي ٱلۡوُجُوهَۚ بِئۡسَ ٱلشَّرَابُ وَسَآءَتۡ مُرۡتَفَقًا ٢٩
Waqulil-haqqu mir rabbikum faman shā'a falyu'min waman shā'a falyakfur innā a'tadnā liz-zālimīna nāran ahāta bihim surādiquhā wa in yastaghīthū yughāthū bimā'in kal-muhli yashwil-wujūha bi sash-sharābu wasā'at murtafaqā
De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir iman etsin, kim də istəyir iman etməsin.” Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş mədən kimi üzlərini yandırıb yaxan bir su ilə kömək ediləcəkdir. Nə pis içki, necə də pis məskəndir!
Təfsir
Ey Peyğəmbər! Qəlblərinin qəflətindən dolayı Allahın zikrindən üz çevirən kimsələrə belə de: "Sizə gətirdiyim bu din, haqq dindir. Bu din məndən deyil, Allah tərəfindəndir. Məndən möminləri öz məclisimdən qovmağımı tələb etmənizi də yerinə yetirməyəcəyəm. Sizdən kim bu haqqa iman etmək istəyirsə, iman etsin, buna görə sonda Allahın ona verəcəyi mükafat onu çox sevindirəcək. Kim də kafir olmaq istəyirsə qoy kafir olsun, buna görə də sonda onu gözləyən əzab onu çox məyus edəcək!" Biz Allaha küfür etməyi seçərək özlərinə zülm edən zalımlar üçün Cəhənnəmin divarları onları əhatə edən əzəmətli bir od hazırlamışıq. Onlar oradan qaçıb canlarını qurtara bilməyəcəklər. Onlar şiddətli susuzluqdan dolayı su istədiklərində, onlara qaynar və çirkli yağ kimi su ilə kömək ediləcəkdir. Onlar həmin suyu içdikdə o suyun hərarətindən üzləri qovurulacaqdır. Onlara kömək edilərək verilən bu su, necə də pis və murdar bir sudur. Çünki bu su, onlıarın susuzluğunu yatızdırmaz, əsksinə susuzluqlarını daha da artırar. Onların dərilərini yandırıb-yaxan alov da əsla söndürülməz. Həqiqətən, Cəhənnəm necə də pis məskən və pis qərar tutulan bir yerdir!