Al-Jumu'ah surəsi, ayə 4

62:4

ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ٤

Dhālika fadlullāhi yu'tīhi man yashā'u wallāhu dhul-fadlil-'azīm

Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.

Təfsir

Bu zikr edilən - Peyğəmbərin ərəblərə və əcəmlərə elçi göndərilməsi Allahın lütfüdür, onu istədiyinə verir. Allah böyük lütf sahibidir. Allahın bu ümmətin rəsulunu bütün insanlara peyğəmbər göndərməsi də Onun böyük lütfündəndir.