وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعۡجِزَ ٱللَّهَ فِي ٱلۡأَرۡضِ وَلَن نُّعۡجِزَهُۥ هَرَبٗا ١٢
Wa annā zanannā al lan nu'jizallāha fil-ardi walan nu'jizahū harabā
Biz yer üzündə Allahı aciz buraxmayacağımızı və qaçaraq da Ondan canımızı qurtara bilməyəcəyimizi anladıq.
Təfsir
Biz yəqin etdik ki, pak və müqəddəs Allah bizə nə isə etmək istəsə, biz Ondan yaxa qurtara bilmərik. Hətta göyə qaçmalı olsaq belə, Onun əzabından yayına bilməyəcəyik.