فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَيُدۡخِلُهُمۡ رَبُّهُمۡ فِي رَحۡمَتِهِۦۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ ٣٠
Fa ammal-ladhīna āmanū wa'amilus-sālihāti fayudkhiluhum rabbuhum fī rahmatihī dhālika huwal-fawzul-mubīn
İman gətirib saleh əməllər edənlərə gəlincə, Rəbbi onları Öz rəhmətinə (Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar uğurdur.
Təfsir
İman gətirib yaxşı işlər görən kimsələrə gəlincə, pak və müqəddəs Rəbbi onları Öz mərhəməti ilə Cənnətə daxil edəcəkdir. Allahın onlara bəxş etdiyi bu mükafat, bənzəri olmayan açıq-aşkar uğurdur.