وَتَرَىٰ كُلَّ أُمَّةٖ جَاثِيَةٗۚ كُلُّ أُمَّةٖ تُدۡعَىٰٓ إِلَىٰ كِتَٰبِهَا ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ ٢٨
Watarā kulla ummatin jāthiyatan kullu ummatin tud'ā ilā kitābihal-yawma tujzawna mā kuntum ta'malūn
(Ey Peyğəmbər!) Sən (o gün) hər ümməti diz çökmüş görəcəksən. Hər ümmət öz əməl kitabına tərəf çağırılacaqdır. (Onlara deyiləcəkdir:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcək!
Təfsir
Ey Peyğəmbər! Sən o gün hər ümməti diz çöküb, barələrində veriləcək hökmü gözlədiklərini görəcəksən. Hər ümmət öz əməlləri gözətçi mələklər tərəfindən yazılmış kitabına tərəf çağırılacaq. “Ey insanlar! Bu gün sizə dünyada etdiyiniz yaxşı və pis əməllərin əvəzi veriləcəkdir!