Al-Jathiyah surəsi, ayə 22

45:22

وَخَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَلِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ٢٢

Wakhalaqallāhus-samāwāti wal-arda bil-haqqi walitujzā kullu nafsi bimā kasabat wahum lā yuzlamūn

Allah, göyləri və yeri ədalətlə və hər kəsə qazandığının əvəzini versin deyə yaratmışdır. Onlara zülm edilməz.

Təfsir

Allah göyləri və yeri əbəs yerə yatamamış, əksinə, onları böyük bir hikmətlə yaratmışdır. Həm də, hər kəsin qazandığı nə isə onun müqabilində qarşılıq görməsi üçün yaratmışdır. Allah onların savabını azaltmaqla, yaxud günahlarını artırmaqla onlara zülm etməz.