مَنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۖ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ ١٥
Man 'amila sālihan falinafsihī waman asā'a fa'alayhā thumma ilā rabbikum turja'ūn
Kim saleh bir əməl etsə, (xeyri) özünə, kim də pislik etsə, (zərəri) öz əleyhinə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız.
Təfsir
Kim yaxşı bir əməl edərsə, bu əməlin xeyri onun özünə olar, belə ki, Allahın onun əməlinə ehtiyacı yoxdur. Kim də pis bir əməl edərsə, bu əməlin cəzası onun öz əleyhinə olar. Belə ki, onun pis əməli Allaha zərər yetirməz. Sonra axirətdə hamınız yalnız Bizim hüzurumuza qaytarılacaqsınız ki, hər birinizə layiq olan (mükafatı və ya cəzanı) verək.