وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤۡمِنُوٓاْ إِذۡ جَآءَهُمُ ٱلۡهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓاْ أَبَعَثَ ٱللَّهُ بَشَرٗا رَّسُولٗا ٩٤
Wamā mana'an-nāsa an yu'minū idh jā'ahumul-hudā illā an qālū aba'athallāhu basharar rasūlā
İnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.
Təfsir
Kafirlərə, Allaha və Onun elçisinə iman etmələrinə və Peyğəmbərin (səllallahu aleyhi vəə səlləm) gətirdiyinə əməl etməyə mane olan sadəcə olaraq onlara göndərilən elçinin özləri kimi bir bəşərdən olması idi. Onlar buna inkar edərək: "Allah bizə elçi olaraq bəşərdən olan bir insanmı göndərdi?!" – dedilər.