Al-Isra surəsi, ayə 73

17:73

وَإِن كَادُواْ لَيَفۡتِنُونَكَ عَنِ ٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ لِتَفۡتَرِيَ عَلَيۡنَا غَيۡرَهُۥۖ وَإِذٗا لَّٱتَّخَذُوكَ خَلِيلٗا ٧٣

Wa in kādū layaftinūnaka 'anil-ladhī awhaynā ilayka litaftariya 'alaynā ghayrahū wa idhal lattakhadhūka khalīlā

(Müşriklər) səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar.

Təfsir

Ey Peyğəmbər! Müşriklər sənə vəhy etdi­yi­miz Qurandan başqa öz nəfslərinin istəklərinə uyan bir şeyi yalan yerə Bizə isnad etməyin üçün az qala səni döndərə­cək­di­lər. Əgər sən onların istəklərinə cavab vermiş olsaydın, bu zaman onlar səni özlərinə dost tutardılar.