وَلَا تَجۡعَلۡ يَدَكَ مَغۡلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبۡسُطۡهَا كُلَّ ٱلۡبَسۡطِ فَتَقۡعُدَ مَلُومٗا مَّحۡسُورًا ٢٩
Walā taj'al yadaka maghlūlatan ilā 'unuqika walā tabsuthā kullal-basti fataq'uda malūmam mahsūrā
Əlini nə sıxıb saxlama, nə də onu büsbütün açma (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan.
Təfsir
Nə əlini xərcləməkdən sıxıb saxlama, nə də ki, xərclədikdə israfa yol vermə. Xərcləməkdən paxıllıq edib, əlini sıxıb saxlasan yaxud da işrafçılıq edərək əlində olanın hamısını xərcləyib axırda özünə xərcləməyə bir şey tapmasan, bu zaman insanlar tərəfindən qınanmış və məzəmmət olunmuş bir vəziyyətdə qalarsan. Elə isə xərclədikdə bunun ikisinin arasında özünə bir yol tut!