سُبۡحَٰنَ ٱلَّذِيٓ أَسۡرَىٰ بِعَبۡدِهِۦ لَيۡلٗا مِّنَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ إِلَى ٱلۡمَسۡجِدِ ٱلۡأَقۡصَا ٱلَّذِي بَٰرَكۡنَا حَوۡلَهُۥ لِنُرِيَهُۥ مِنۡ ءَايَٰتِنَآۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ١
Subhānal-ladhī asrā bi'abdihī laylam minal-masjidil-harāmi ilal-masjidil-aqsal-ladhī bāraknā hawlahū linuriyahū min āyātinā innahū huwas-samī'ul-basīr
Ayələrimizdən bəzisini ona (Muhammədə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.
Təfsir
Uca Allah, Özündən başqa heç kimsənin gücü yetmədiyi şeylərə gücü yetdiyindən dolayı bütün eyib və nöqsanlardan pak və ucadır. Qadir olduğumuz ayələrimizin bəzisini göstərmək üçün Öz qulu Muhammədi (sallallahu aleyhi və səlləm) gecənin bir vaxtında ruhi və cəsədi ilə yuxuda deyil, əksinə o, ayığ ikən Məscidulharamdan ətrafına meyvələr, əkinlər və Peyğəmbərlərin - səllallahu aleyhi və səlləm - orada yerləşməsi ilə xeyir - bərəkət verdiyimiz Məsciduləqsaya aparan yalnız pak olan Allahdır. Həqiqətən, Allah hər şeyi eşidəndir, Ona heç bir şey gizli qalmaz və hər şeyi görəndir və heç bir şey Onun gözündən qaçmaz!