يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ ٦
Yā'ayyuhal-insānu mā gharraka birabbikal-karīm
Ey insan! Kərim olan Rəbbinə qarşı səni aldadan nədir?
Təfsir
Ey Rəbbinə küfr edən insan! Sənə möhlət verib günahlarına görə səni dərhal cəzalandırmamaqla sənə qarşı səxavət göstərən Rəbbinin əmrinə müxalif olamağa səni vadar edən nədir?!