Al-Imran surəsi, ayə 99

3:99

قُلۡ يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنۡ ءَامَنَ تَبۡغُونَهَا عِوَجٗا وَأَنتُمۡ شُهَدَآءُۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ٩٩

Qul yā'ahlal-kitābi lima tasuddūna 'an sabīlillāhi man āmana tabghūnahā 'iwajan wa antum shuhadā'u wamallāhu bighāfilin 'ammā ta'malūn

De: “Ey Kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün doğru yolu əyri göstərməyə çalışaraq iman gətirənləri Allah yolundan azdırırsınız?!” (Halbuki,) Allah sizin etdiklərinizdən qafil deyildir.

Təfsir

Ey Peyğəmbər! De: "Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Siz bu dinin haqq olduğuna, həmçinin, əlinizdəki kitablarınızı təsdiq etdiyinə şahid olduğunuz halda, Allahın haqq dinindən batilə meyil edib və müsəlmanları doğru yoldan sapdırmaq üçün insanları Allahın dininə iman etməyə nə üçün mane olursunuz?! Axı Allah sizin Ona qarşı küfr etmənizdən və Allah yolunu insanların üzünə qapamanızdan heç də qafil deyildir və etdiyiniz əməllərin müqabilini verəcəkdir".