وَقَالَت طَّآئِفَةٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ ءَامِنُواْ بِٱلَّذِيٓ أُنزِلَ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَجۡهَ ٱلنَّهَارِ وَٱكۡفُرُوٓاْ ءَاخِرَهُۥ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٧٢
Waqālat tā'ifatum min ahlil-kitābi āminū billadhī unzila 'alal-ladhīna āmanū wajhan-nahāri wakfurū ākhirahū la'allahum yarji'ūn
Kitab əhlindən bir zümrə (bir-birinə) dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin, günün sonunda isə (onu) inkar edin ki, bəlkə onlar (öz dinlərindən) dönələr.
Təfsir
Yəhudi alimlərindən bir camaat dedi: "Möminlərə nazil edilənə Qurana günün əvvəlində, insanlar arasında iman gətirin, günün sonunda isə onu inkar edin ki, bəlkə sizin iman etdikdən sonra inkar etdiyinizə görə onlar öz dinlərində şəkk-şübhə edib: "Yəhudilər bizdən daha çox bilirlər, onlar artıq bu dindən döndülər" - deyə öz dinlərindən geri dönələr.