فَإِنۡ حَآجُّوكَ فَقُلۡ أَسۡلَمۡتُ وَجۡهِيَ لِلَّهِ وَمَنِ ٱتَّبَعَنِۗ وَقُل لِّلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡأُمِّيِّـۧنَ ءَأَسۡلَمۡتُمۡۚ فَإِنۡ أَسۡلَمُواْ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ بَصِيرُۢ بِٱلۡعِبَادِ ٢٠
Fa in hājjūka faqul aslamtu wajhiya lillāhi wamanit-taba'ani waqul lilladhīna ūtul-kitāba wal-ummiyyina a'aslamtum fa in aslamū faqadihtadaw wwa in tawallaw fa innamā 'alaykal-balāghu wallāhu basīru bil-'ibād
Əgər onlar səninlə mübahisə etsələr, de: “Mən özümü Allaha təslim etdim. Mənə tabe olanlar da, (həmçinin).” Kitab verilənlərə və savadsızlara (özlərində kitab olmayan ərəb müşriklərinə): “Siz də, təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Yox əgər üz döndərsələr, (bil ki,) sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir. Allah qullarını görəndir.
Təfsir
Ey Peyğəmbər! Əgər onlar səninlə, sənə nazil edilən haqq barədə mübahisə etələr, onlara cavab olaraq de: "Mən və mənə tabe olan möminlər də Uca Allaha təslim olduq". Ey Peyğəmbər! Kitab əhlinə və müşriklərə de: "Siz də, Uca Allaha ixlasla təslim olub mənim gətirdiyim dinə tabe oldunuzmu?" Əgər onlar Allaha təslim olub, sənin gətirdiyin şəriətə tabe olsalar, bu zaman onlar doğru yola yönəlmiş olarlar. Yox əgər İslamdan üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq sənə göndərdiyim haqqı onlara təbliğ etməkdir və onların işi isə Allaha aiddir. Uca Allah qullarını görəndir və hər bir əməl edənin əməlinin əvəzini verəcəkdir.