۞ يَسۡتَبۡشِرُونَ بِنِعۡمَةٖ مِّنَ ٱللَّهِ وَفَضۡلٖ وَأَنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُؤۡمِنِينَ ١٧١
Yastabshirūna bini'matim minallāhi wafadlin wa annallāha lā yudī'u ajral-mu'minīn
Onlar Allahın nemətinə və lütfünə görə, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər.
Təfsir
Onlar özlərinə veriləcək böyük mükafatdan əlavə, həm Allah tərəfindən onları gözləyən daha başqa böyük bir mükafata görə, həm də Allah möminlərin mükafatını heçə çıxarmayacağına, əksinə, onların mükafatlarını kamil verib, daha da artıracağın görə sevinirlər.