ٱلصَّٰبِرِينَ وَٱلصَّٰدِقِينَ وَٱلۡقَٰنِتِينَ وَٱلۡمُنفِقِينَ وَٱلۡمُسۡتَغۡفِرِينَ بِٱلۡأَسۡحَارِ ١٧
As-sābirīna was-sādiqīna wal-qānitīna wal-munfiqīna wal-mustaghfirīna bil-ashār
Onlar səbir edən, dürüst olan, müti olan, malından (Allah yolunda) xərcləyən və sübh çağına yaxın (Allahdan) bağışlanma diləyən kimsələrdir.
Təfsir
Onlar saleh əməllər edib, pis əməllərdən çəkinməkdə və başlarına gələn müsibətdə səbir edən, sözlərində və əməllərində dürüst olan, Allaha itaətdə tam müti olan, mallarından Allah yolunda xərcləyən və gecənin sonunda Allahdan bağışlanma diləyən kimsələrdir. Çünki gecənin sonunda edilən dua, qəbul olmaqa daha yaxındır və qəlb isə onu yayındıran şeylərdən uzaqdır.