وَلِيَعۡلَمَ ٱلَّذِينَ نَافَقُواْۚ وَقِيلَ لَهُمۡ تَعَالَوۡاْ قَٰتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ أَوِ ٱدۡفَعُواْۖ قَالُواْ لَوۡ نَعۡلَمُ قِتَالٗا لَّٱتَّبَعۡنَٰكُمۡۗ هُمۡ لِلۡكُفۡرِ يَوۡمَئِذٍ أَقۡرَبُ مِنۡهُمۡ لِلۡإِيمَٰنِۚ يَقُولُونَ بِأَفۡوَٰهِهِم مَّا لَيۡسَ فِي قُلُوبِهِمۡۚ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يَكۡتُمُونَ ١٦٧
Waliya'lamal-ladhīna nāfaqū waqīla lahum ta'ālaw qātilū fī sabīlillāhi awidfa'ū qālū law na'lamu qitālal lattaba'nākum hum lil-kufri yawma'idhin aqrabu minhum lil-īmāni yaqūlūna bi afwāhihim mā laysa fī qulūbihim wallāhu a'lamu bimā yaktumūn
və münafiqləri bəlli etsin. (Münafiqlərə:) “Gəlin, Allah yolunda döyüşün, yaxud (heç olmasa) müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik”– dedilər. Onlar o gün imandan çox küfrə (daha) yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.
Təfsir
Və münafiqləri bəlli etsin deyə, onlara: "Allah yolunda döyüşün, yaxud heç olmasa sayınızın çoxluqu ilə müsəlmanların müdafiəsində durun!– deyildi zaman, onlar: "Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik. Lakin biz sizinlə o qövm arasında döyüş olacağını güman etmirik"– dedilər. Onların o günkü halı, iman halından çox küfr halına daha yaxın idi. Onlar qəlblərində olmayanı dilləri ilə deyirlər. Halbuki, Allah onların qəlblərində gizlətdiklərini çox yaxşı bilir və elə buna görə də onların cəzasını verəcəkdir.