Al-Imran surəsi, ayə 143

3:143

وَلَقَدۡ كُنتُمۡ تَمَنَّوۡنَ ٱلۡمَوۡتَ مِن قَبۡلِ أَن تَلۡقَوۡهُ فَقَدۡ رَأَيۡتُمُوهُ وَأَنتُمۡ تَنظُرُونَ ١٤٣

Walaqad kuntum tamannawnal-mawta min qabli an talqawhu faqad ra'aytumūhu wa antum tanzurūn

Siz (düşmənlə) qarşılaşmadan öncə, (Allah yolunda) ölməyi arzulayırdınız. İndi isə siz onu gördüyünüz halda baxıb durursunuz.

Təfsir

Ey möminlər! Siz ölüm məşəqqətini görməzdən öncə Bədr döyüşündə qardaşlarınız şəhid olduğu kimi, siz də Allah yolunda şəhid olmaq üçün kafirlərlə qarşılaşmaqı arzu edirdiniz. Budur, in­di siz arzuladığınızı Uhud döyüşündə öz gözləriniz ilə gör­düyünüz halda baxıb durur­su­nuz.