Al-Imran surəsi, ayə 130

3:130

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُواْ ٱلرِّبَوٰٓاْ أَضۡعَٰفٗا مُّضَٰعَفَةٗۖ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ١٣٠

Yā'ayyuhal-ladhīna āmanū lā ta'kulur-ribawā ad'āfam mudā'afatan wattaqullāha la'allakum tuflihūn

Ey iman gətirənlər! Qat-qat artırılmış sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız.

Təfsir

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Cəhalət əhlinin etdikləri kimi borc verdikdə mayanızdan qat-qat ar­tırılmış sələmi almaqdan çəkinin! Allahın əmrlərinə tabe olub, qadağanlarından çəkinməklə Ondan qorxun ki, bəl­kə, dünya və axirətdə istədiyiniz xeyirə nail olasız.