Al-Imran surəsi, ayə 128

3:128

لَيۡسَ لَكَ مِنَ ٱلۡأَمۡرِ شَيۡءٌ أَوۡ يَتُوبَ عَلَيۡهِمۡ أَوۡ يُعَذِّبَهُمۡ فَإِنَّهُمۡ ظَٰلِمُونَ ١٢٨

Laysa laka minal-amri shay'un aw yatūba 'alayhim aw yu'addhibahum fa innahum zālimūn

Bu işin sənə aidiyyəti yoxdur, – (müsəlman olsalar, Allah ya) onların tövbəsini qəbul edər və ya (inkar etsələr, Allah) onlara əzab verər. Çünki onlar zalımdırlar.

Təfsir

Allahın rəsulu - sallallahu aleyhi və səlləm - Uhud döyüşündə müşriklərin başçılarına, etdikləri zülmə görə onlara qarşı Allaha dua etdikdə, Allah ona belə buyurdu: "Bu işin sənə aidiyyəti yox­dur, əksinə, bütün işlər Allaha məxsusdur, Allah sizin aranızda hökm verənə qədər və ya İslama daxil olub tövbə edənə qədər yaxud küfrlərində davam edib Allah onlara əzab verənə qədər səbir et". Çünki onlar əzaba layiq görülən za­lım­dırlar.