Al-Hijr surəsi, ayə 98

15:98

فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّٰجِدِينَ ٩٨

Fasabbih bihamdi rabbika wakum minas-sājidīn

Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!

Təfsir

Elə isə sən, Allaha layiq olmayan şeylərdən Onu uca tutaraq və kamil sifətləri ilə həmd-səna edərək Ona sığın. Uca Allaha ibadət edənlərdən və Onun üçün namaz qılanlardan ol! Çünki qəlbinin daralmasının əlacı yalnız budur.