وَإِنَّ رَبَّكَ هُوَ يَحۡشُرُهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ ٢٥
Wa inna rabbaka huwa yahshuruhum innahū hakīmun 'alīm
Həqiqətən, Rəbbin onları (bir yerə) toplayacaqdır. Çünki O, hikmət sahibidir, (hər şeyi) biləndir.
Təfsir
Ey Peyğəmbər! Həqiqətən, Rəbbin Qiyamət günü yaxşılıq edən kimsələrin mükafatını, pislik edən kimsələrin də cəzasını vermək üçün onları bir yerə toplayacaqdır. Şübhəsiz ki O, işlərində hikmət və elm sahibidir. Ona heç bir şeyi gizli qalmaz.