لَا يُؤۡمِنُونَ بِهِۦ وَقَدۡ خَلَتۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ ١٣
Lā yu'minūna bihī waqad khalat sunnatul-awwalīn
Onlar (hələ də) ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara məlumdur.
Təfsir
Onlar hələ də Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Qurana inanmırlar. Halbuki Allahın əvvəlki ümmətlərdən peyğəmbərlərin gətirdiklərini yalan sayanların necə həlak etməsi xəbər onlara gəlib çatmışdır. Elə isə qoy yalan sayanlar səndən ibrət alsınlar.