Al-Hijr surəsi, ayə 1

15:1

الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ وَقُرۡءَانٖ مُّبِينٖ ١

Alif Lām Rā tilka āyātul-kitābi waqur'ānim mubīn

Əlif. Ləm. Ra.1 Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.

Haşiyələr

1 Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.

Təfsir

﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Bu ayələr, yüksək məqama sahib olan Allah tərəfindən nazil edilməsinə dəlalət edən, Allahın vəhdaniyyətini, dini əmrləri və qadağaları açıq-aydın izah edən Quran ayələridir.