وَمَآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنۡهُمۡ فَمَآ أَوۡجَفۡتُمۡ عَلَيۡهِ مِنۡ خَيۡلٖ وَلَا رِكَابٖ وَلَٰكِنَّ ٱللَّهَ يُسَلِّطُ رُسُلَهُۥ عَلَىٰ مَن يَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٦
Wamā afā'allāhu 'alā rasūlihī minhum famā awjaftum 'alayhi min khaylin walā rikābin walākinnallāha yusallitu rusulahū 'alā man yashā'u wallāhu 'alā kulli shay'in qadīr
Allahın Öz rəsuluna onlardan (Bəni Nadir qəbiləsinin mallarından) verdiyi qənimətlərə tərəf siz nə at (çapıb), nə də dəvə sürdünüz. Lakin Allah, elçilərini istədiyi kəslər üzərində hakim edər. Allah hər şeyə qadirdir.
Təfsir
Allahın Öz rəsuluna bənu-Nədir qəbiləsinin mallarından verdiyi qənimətləri əldə etmək üçün siz nə at, nə də dəvə sürdünüz, nə də ki buna görə əziyyət çəkdiniz. Allah Öz rəsuluna bənu-Nədir qəbiləsi üzərində hakim etdi və o, döyüşmədən onların diyarını fəth etdi. Allah hər şeyə qadirdir və heç bir şey Onu aciz edə bilməz.