لَوۡ أَنزَلۡنَا هَٰذَا ٱلۡقُرۡءَانَ عَلَىٰ جَبَلٖ لَّرَأَيۡتَهُۥ خَٰشِعٗا مُّتَصَدِّعٗا مِّنۡ خَشۡيَةِ ٱللَّهِۚ وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ٢١
Law anzalnā hādhal-qur'āna 'alā jabalil lara'aytahū khāshi'am mutasaddi'am min khashyatillāhi watilkal-amthālu nadribuhā lin-nāsi la'allahum yatafakkarūn
(Ey Peyğəmbər!) Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onu Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar düşünsünlər deyə çəkirik.
Təfsir
Ey Peyğəmbər! Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən, o dağın sərt olmasına rəğmən, Qurandakı kəskin öyüd-nəsihətlərə və sərt təhdidlərə görə Allahın qorxusundan boyun əyib, zəlil halda parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünüb Quran ayələrinin özündə cəm etdiyi moziələrdən və ibrətamiz hadisələrdən dərs alalar.