Al-Hashr surəsi, ayə 14

59:14

لَا يُقَٰتِلُونَكُمۡ جَمِيعًا إِلَّا فِي قُرٗى مُّحَصَّنَةٍ أَوۡ مِن وَرَآءِ جُدُرِۭۚ بَأۡسُهُم بَيۡنَهُمۡ شَدِيدٞۚ تَحۡسَبُهُمۡ جَمِيعٗا وَقُلُوبُهُمۡ شَتَّىٰۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡقِلُونَ ١٤

Lā yuqātilūnakum jamī'an illā fī quram muhassanatin aw min warā'i juduri ba suhum baynahum shadīdun tahsabuhum jamī'an waqulūbuhum shattā dhālika bi annahum qawmul lā ya'qilūn

(Ey möminlər!) Onlar (yəhudilər) cəm halda sizə qarşı yalnız möhkəm şəhərlərdə və ya divarlar arxasından vuruşarlar. Aralarındakı düşmənçilik isə şiddətlidir. (Ya Peyğəmbər!) Sən onların birgə olduqlarını güman edirsən, halbuki onların qəlbləri müxtəlifdir. Bu, onların dərk etməyən bir qövm olduqları üçündür.

Təfsir

Ey möminlər! Yəhudilər hamılıqla sizə qarşı yalnız qalalarla əhatəyə alınmış şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onlar qorxaq olduqlarına görə sizinlə üzbəüz vuruşa bilmirlər. Onların öz aralarındakı düşmənçilik daha betərdir. Sən onların həmrəy olduğunu və bir səfdə olduqlarını güman edirsən, halbuki onların qəlbləri ayrı-ayrıdır. Bu ixrilaf və ədavət ona görədir ki, onlar anlamayan insanlardır. Əgər anlasaydılar, haqqı başa düşüb ona tabe olar və ixtilafa düşməzdilər.