Al-Hashr surəsi, ayə 11

59:11

۞ أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُواْ يَقُولُونَ لِإِخۡوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَئِنۡ أُخۡرِجۡتُمۡ لَنَخۡرُجَنَّ مَعَكُمۡ وَلَا نُطِيعُ فِيكُمۡ أَحَدًا أَبَدٗا وَإِن قُوتِلۡتُمۡ لَنَنصُرَنَّكُمۡ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ ١١

Alam tara ilal-ladhīna nāfaqū yaqūlūna li ikhwānihimul-ladhīna kafarū min ahlil-kitābi la in ukhrijtum lanakhrujanna ma'akum walā nutī'u fīkum ahadan abadan wa in qūtiltum lanansurannakum wallāhu yashhadu innahum lakādhibūn

Münafiqlərin, Kitab əhlindən kafir olan (yəhudi) qardaşlarına: “Əgər siz (yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə çıxacaq və sizə qarşı heç vaxt heç kəsə itaət etməyəcəyik. Əgər (müsəlmanlar) sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!”– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.

Təfsir

Ey Peyğəmbər! Küfrlərini gizlədib özlərini mömin kimi göstərən kəslərin təhrif edilmiş Tövrata əməl edən yəhudilərdən kafir olan qardaşlarına: “Yurdunuzda qərar tutun, biz sizi köməksiz buraxmayacaq və sizi ələ verməyəcəyik. Əgər müsəlmanlar sizi yurdunuzdan çıxartsalar, biz də sizinlə birlikdə çıxıb gedəcək və bizim sizinlə bərabər getməyimizə mane olmaq istəyən heç bir kəsə itaət etməyəcəyik. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, biz mütləq sizə kömək edəcəyik!” – dediklərini görmədinmi?! Allah münafiqlərin yəhudilərlə birlikdə yurdlarından çıxacaqları və onlarla bərabər vuruşacaqları iddiasında yalançı olduqlarına şahiddir.