Al-Hajj surəsi, ayə 75

22:75

ٱللَّهُ يَصۡطَفِي مِنَ ٱلۡمَلَٰٓئِكَةِ رُسُلٗا وَمِنَ ٱلنَّاسِۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ ٧٥

Allāhu yastafī minal-malā'ikati rusulan waminan-nāsi innallāha samī'u basīr

Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən, Allah Eşidəndir, Görəndir!

Təfsir

Uca Allah həm mələklərdən? həm də insanlardan el­çilər se­çir. Uca Allah Cəbrail kimi bəzi mələkləri peyğəmbərlərə göndərir. Allah Cəbraili insanlar içindən seçilmiş elçilərə göndərmişdir. İnsanlardan olan elçiləri də insanlara peyğəmbər göndərir. Şübhəsiz ki, Uca Allah müşriklərin elçilər barədə nə söylədiklərini eşidəndir, risaləsi üçün kimin daha layiq olduğunu görəndir!