وَهُوَ ٱلَّذِيٓ أَحۡيَاكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۗ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ ٦٦
Wahuwal-ladhī ahyākum thumma yumītukum thumma yuhyīkum innal-insāna lakafūr
Sizə həyat verən, sonra öldürəcək, daha sonra dirildəcək məhz Odur. İnsan, həqiqətən də, nankordur.
Təfsir
Sizi yoxdan var edərək həyat verən uca Allahdır. Sonra O, ömrünüz tükəndikdə sizi öldürəcək, daha sonra etdiyiniz əməlləri hesaba çəkmək üçün sizi yenidən dirildəcək və hər bir kəsə layiq olduğu əvəzi verəcəkdir. Şübhəsiz ki, insan, Allahın ona bəxş etdiyi nemətlərin çoxluğuna rəğmən, Allahdan başqasına ibadət edərək Rəbbinə qarşı çox nankordur.