Al-Hajj surəsi, ayə 28

22:28

لِّيَشۡهَدُواْ مَنَٰفِعَ لَهُمۡ وَيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ فِيٓ أَيَّامٖ مَّعۡلُومَٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۖ فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡبَآئِسَ ٱلۡفَقِيرَ ٢٨

Lliyashhadū manāfi'a lahum wayadhkurusmallāhi fī ayyāmim ma'lūmātin 'alā mā razaqahum mim bahīmatil-an'āmi fakulū minhā wa at'imul-bā'isal-faqīr

Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, çarəsiz qalmış fəqirə də yedirdin!

Təfsir

Qoy insanlar günahların bağışlanması, savab əldə etmək və müsəlmanların həqiqətən də tək bir ümmət olması və s. bu kimi öz mənfəətlə­rinin şa­hi­di olmaları üçün həccə gəlsinlər və məlum gün­lər­də, yəni: zülhiccə ayının onuncu günü və sonrakı üç gündə Allahın sizə ruzi olaraq verdiyi dəvə, inək və qoyun heyvanların üstündə Uca Allahın adını çəkərək (Bismilləh deyib) həmən heyvanlardan qurban kəssinlər. Bu həcc qurbanlarından həm özü­nüz də yeyin, həmdə ki, fəqir olan ehtiyac sahiblərinə ondan ye­dir­din!