Al-Hajj surəsi, ayə 1

22:1

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمۡۚ إِنَّ زَلۡزَلَةَ ٱلسَّاعَةِ شَيۡءٌ عَظِيمٞ ١

Yā'ayyuhan-nāsut-taqū rabbakum inna zalzalatas-sā'ati shay'un 'azīm

Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, Qiyamət saatının zəlzələsi dəhşətli bir şeydir.

Təfsir

Ey insanlar! Sizə əmr etdiklərimi yerinə yetirərək və qadağan etdiklərimdən çəkinərək Rəbbinizdən qorxun! Həqiqətən, Qiyamət günü yerin lərzəyə gəlməsi və o gün başqa qorxulu və dəhşətli hadisələrin baş verməsi olduğca əzəmətli bir şey ola­caqdır­. Elə məhz buna görə də Uca Allahı razı salacaq əməl edərək o gün üçün hazırlaşmaq lazımdır.