ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَأَنفِقُواْ مِمَّا جَعَلَكُم مُّسۡتَخۡلَفِينَ فِيهِۖ فَٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَأَنفَقُواْ لَهُمۡ أَجۡرٞ كَبِيرٞ ٧
Āminū billāhi warasūlihī wa anfiqū mimmā ja'alakum mustakhlafīna fīhi falladhīna āmanū minkum wa anfaqū lahum ajrun kabīr
Allaha və Onun Rəsuluna iman gətirin! İxtiyarınıza verdiyi maldan (Allah yolunda) xərcləyin! Sizdən iman gətirib (mallarından) xərcləyənləri böyük bir mükafat gözləyir.
Təfsir
Allaha və Onun rəsuluna iman gətirin! Uca Allahın sizin ixtiyarınıza verdiyi maldan sizə buyurduğu şəriət qanunlarına uyğun olaraq sərf edin! Sizlərdən Allaha iman gətirib mallarını Allah yolunda xərcləyənləri Allah qatında böyük bir mükafat - Cənnət gözləyir.