لِّئَلَّا يَعۡلَمَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَلَّا يَقۡدِرُونَ عَلَىٰ شَيۡءٖ مِّن فَضۡلِ ٱللَّهِ وَأَنَّ ٱلۡفَضۡلَ بِيَدِ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ٢٩
Lli allā ya'lama ahlul-kitābi allā yaqdirūna 'alā shay'im min fadlillāhi wa annal-fadla biyadillāhi yu'tīhi man yashā'u wallāhu dhul-fadlil-'azīm
Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf (peyğəmbərlik, elm və təqva) Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.
Təfsir
Ey möminlər! Biz sizə, sizin üçün hazırladığımız böyük lütfümüz - qat-qat artırılan mükafat barədə aydınlıq gətirdik ki, yəhudilərdən və nəsranilərdən olan kitab əhli Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklərini - istədiklərinə nemət verməyə, istədiklərini də bundan məhrum etməyə qadir olmayacaqlarını bilsinlər. Onu da bilsinlər ki, lütf pak və müqəddəs Allahın əlindədir, onu Öz qullarında istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir. O, bu lütfü Öz qullarından istədiyi kimsəyə bəxş edər.