Al-Furqan surəsi, ayə 30

25:30

وَقَالَ ٱلرَّسُولُ يَٰرَبِّ إِنَّ قَوۡمِي ٱتَّخَذُواْ هَٰذَا ٱلۡقُرۡءَانَ مَهۡجُورٗا ٣٠

Waqālar-rasūlu yārabbi inna qawmit-takhadhū hādhal-qur'āna mahjūrā

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək.

Təfsir

O gün Peyğəmbər qövmünün halından Rəbbinə şikayətlənərək belə deyəcək: "Ey Rəbbim! Məni Peyğəmbər olaraq göndərdiyin qövmüm bu Quranı tərk et­dib, ondan üz çevirdi!"