وَإِذَآ أُلۡقُواْ مِنۡهَا مَكَانٗا ضَيِّقٗا مُّقَرَّنِينَ دَعَوۡاْ هُنَالِكَ ثُبُورٗا ١٣
Wa idhā ulqū minhā makānan dayyiqam muqarranīna da'aw hunālika thubūrā
Onlar əlləri boynunda bağlı halda (Cəhənnəmin) dar bir yerinə atıldıqları zaman ölüm diləyəcəklər.
Təfsir
O kafirlər əlləri boyunlarına zəncirlənmiş bir şəkildə Cəhənnəmin dar bir yerinə atıldıqları zaman Cəhənnəmdən qurtarmalarını istəyərək özlərinə bəd dua edərlər.