ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٢
Al-hamdu lillāhi rabbil-'ālamīn
Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur –
Təfsir
Allah hər bir şeyin Rəbbi, xaliqi və idarə edicisi olduğu üçün, uca və kamil sifətlərinə aid olan həmd sənaların hər bir növü başqasına deyil, yalnız Ona məxsusdur. Ayədə zikr edilən «aləmun» yəni, «aləmlər», sözü ərəbcə «aləm» sözünün cəm formasıdır. Kainatda Uca Allahdan başqa olan hər bir şey aləmdir.