جَزَآؤُهُمۡ عِندَ رَبِّهِمۡ جَنَّٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ رَبَّهُۥ ٨
Jazā'uhum 'inda rabbihim jannātu 'adnin tajrī min tahtihal-anhāru khālidīna fīhā abadar radiyallāhu 'anhum waradū 'anhu dhālika liman khashiya rabbah
Onların Rəbbinin yanındakı mükafatı (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələr üçündür!
Təfsir
Onların pak və uca Rəbbinin yanındakı mükafatı, qəsrləri və ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Onlar Allaha iman gətirdiklərinə və Ona itaət etdiklərinə görə Allah onlardan razıdır, onlarda Allahın rəhmətinə nail olduqlarına görə Ondan razıdırlar. Bu rəhmət, Rəbbinin əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Ondan qorxan kimsələr üçündür.