وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ لَا تَعۡبُدُونَ إِلَّا ٱللَّهَ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَانٗا وَذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَقُولُواْ لِلنَّاسِ حُسۡنٗا وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ ثُمَّ تَوَلَّيۡتُمۡ إِلَّا قَلِيلٗا مِّنكُمۡ وَأَنتُم مُّعۡرِضُونَ ٨٣
Wa idh akhadhnā mīthāqa banī isrā'īla lā ta'budūna illallāha wabil-wālidayni ihsānan wadhil-qurbā wal-yatāmā wal-masākīni waqūlū lin-nāsi husnan wa aqīmus-salawāta wa ātuz-zakawāta thumma tawallaytum illā qalīlam minkum wa antum mu'ridūn
Bir zaman Biz İsrail oğulları ilə: “Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!”– deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.
Təfsir
Ey İsrail oğulları! Bir zaman sizdən möhkəm bir əhd aldığımızı xatırlayın. O zaman, biz sizdən Allahın tək olah olduğunu qəbul edib, Onunla yanaşı başqasına ibadət etməyəcəyinizə, valideyinlərə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara və ehtiyaclı insanlara yaxşılıq edəcəyinizə, insanlarla kobud və sərt davranmadan onlara xoş söz söyləyəcəyinizə - yaxşı işləri əmr edib, pis işlərdən çəkindirəcəyinizə, namazı sizə əmr etdiyim kimi tam şəkildə qılacağınıza, zəkatı könül xoşluğu ilə ona layiq olan insanlara verəcəyinizə dair əhd almışdıq. Lakin sizdən aldığımız bu əhddən sonra siz onu yerinə yetirməkdən üz çevirdiniz. Sizlərdən yalnız Allahın qoruduğu kimsələr Allaha verdikləri əhdi və möhkəm sözü yerinə yetirdilər.