Al-Baqarah surəsi, ayə 57

2:57

وَظَلَّلۡنَا عَلَيۡكُمُ ٱلۡغَمَامَ وَأَنزَلۡنَا عَلَيۡكُمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰۖ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡۚ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٥٧

Wazallalnā 'alaykumul-ghamāma wa anzalnā 'alaykumul-manna was-salwā kulū min tayyibāti mā razaqnākum wamā zalamūnā walākin kānū anfusahum yazlimūn

Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik (və): “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”– dedik. Onlar Bizə deyil, yalnız özlərinə zülm etdilər.

Təfsir

Səhrada yolunuzu azdığınız zaman sizi günəşin hərarətindən qorumaq üçün üzərinizə bulud göndərməyimiz, sizə bal kimi şirin su yağdırmağımız, həmçinin, sizə ruzi olaraq sümman quşu kimi dadlı əti olan kiçik quş bəxş etməyimiz və sizə: "Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!" -deməyimiz də sizə olan nemətlərimizdən idi. Onlar bu nemətlərin müqabilində Allaha asiliklər etmələri isə Allaha bir zərər vermədi, lakin onlar bu əməlləri ilə yalnız savablarının azalması və özlərini əzaba məruz qoymaları ilə özlərinə zülm etdilər.