Al-Baqarah surəsi, ayə 253

2:253

۞ تِلۡكَ ٱلرُّسُلُ فَضَّلۡنَا بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖۘ مِّنۡهُم مَّن كَلَّمَ ٱللَّهُۖ وَرَفَعَ بَعۡضَهُمۡ دَرَجَٰتٖۚ وَءَاتَيۡنَا عِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱلۡبَيِّنَٰتِ وَأَيَّدۡنَٰهُ بِرُوحِ ٱلۡقُدُسِۗ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعۡدِهِم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ وَلَٰكِنِ ٱخۡتَلَفُواْ فَمِنۡهُم مَّنۡ ءَامَنَ وَمِنۡهُم مَّن كَفَرَۚ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلُواْ وَلَٰكِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ ٢٥٣

Tilkar-rusulu faddalnā ba'dahum 'alā ba'dim minhum man kallamallāhu warafa'a ba'dahum darajātin wa ātaynā 'īsabna maryamal-bayyināti wa ayyadnāhu birūhil-qudusi walaw shā'allāhu maqtatalal-ladhīna mim ba'dihim mim ba'di mā jā'athumul-bayyinātu walākinikhtalafū faminhum man āmana waminhum man kafara walaw shā'allāhu maqtatalū walākinnallāha yaf'alu mā yurīd

Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Allah onlardan bəzisi ilə danışmış, bəzisini isə dərəcələrlə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edər.

Təfsir

Biz sənə xəbər verdiyimiz elçilərin bəzilərini vəhy nazil etmə, tərəfdarlar və dərəcələr baxımından di­gərlə­rindən üstün etdik. Allah on­lar­dan Musa - aleyhissəlam - kimi bəzisi ilə danış­mış və Muhamməd (sallallahu aleyhi və səlləm) kimi bəzisini isə yüksək dərəcələrə qaldırmışdir, çünki Allah onu, bütün bəşəriyyətə peyğəmbər göndərmiş, peyğəmbərliyə onunla da xitam vermiş və ümmətini isə bütün ümmətlərdən üstün edilmişdir. Biz Məryəm oğlu İsaya onun peyğəmbərliyinə dəlalət edən: ölüləri dirildmək, anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldmaq kimi açıq-ay­dın möcüzələr ver­dik və Biz onu, Allahın əmrlərini yerinə yetirmək üçün Cəb­rail - aleyhissəlam - ilə qüvvətlən­dir­dik. Əgər Allah istəsəydi, peyğəmbərlərdən son­ra gə­lən­lər özlərinə açıq-aydın dəlil­lər gəl­dikdən sonra bir-bi­ri­ləri ilə vuruşmaz­dılar. La­kin onlar ixti­laf et­dilər və bu səbəbdən ayrılığa düşdülər. Onlar­dan ki­mi­si Allaha iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah onların vuruşmamasını istə­səy­di, onlar bir-biriləri ilə vu­ruş­maz­­dılar. La­kin Allah istə­di­yini edər. İstədiyini rəhməti və lütfü ilə imana yönəldir, istədiyini isə ədaləti və hikməti ilə haqq yoldan azdırır.