Al-Baqarah surəsi, ayə 251

2:251

فَهَزَمُوهُم بِإِذۡنِ ٱللَّهِ وَقَتَلَ دَاوُۥدُ جَالُوتَ وَءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ وَٱلۡحِكۡمَةَ وَعَلَّمَهُۥ مِمَّا يَشَآءُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّفَسَدَتِ ٱلۡأَرۡضُ وَلَٰكِنَّ ٱللَّهَ ذُو فَضۡلٍ عَلَى ٱلۡعَٰلَمِينَ ٢٥١

Fahazamūhum bi idhnillāhi waqatala dāwūdu jālūta wa ātāhullāhul-mulka wal-hikmata wa'allamahū mimmā yashā'u walawlā daf'ullāhin-nāsa ba'dahum biba'dil lafasadatil-ardu walākinnallāha dhū fadlin 'alal-'ālamīn

(Möminlər) Allahın izni ilə onları məğlub etdilər. Davud da Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət bəxş etdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır.

Təfsir

Allahın izni ilə onları məğlub etdilər. Davud, onların başçıları Calutu öldürdü. Allah ona hökmranlıq və peyğəmbərlik bəxş etdi, ona istədiyi müxtəlif növ elmlər öyrətdi (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) və dünya və axirətdə ona fayda verən xeyirləri onun üçün çəm etdi. Əgər Allah bəzi insanların fəsadını digərləri ilə dəf etməsəydi, yer üzü fəsad törədənlərin əməllərindən viran qalardı. Lakin Allah bütün bəşəriyyətə qarşı lütfkardır.